Koronavirusun tüğyan elədiyi İspaniyada insanların küçəyə çıxmaq qadağası davam edir.
Bununla belə bəzi istisna hallar mövcuddur ki, vətəndaşlar limitli vaxtla da olsa, evlərindən çıxa bilirlər. Belə hallardan biri də ev heyvanlarını gəzdirmək üçün çıxmaqdır.
Amma görünür yerli sakinlər məsələni fərqli anlayıblar.
Belə ki, yerli mətbuatın məlumatına görə, bu gün Loqronyo şəhər sakini akvariumdakı dekorativ qızıl balığı gəzdirmək bəhanəsi ilə evdən çölə çıxıb və polis onu cərimələyib.
Bir neçə gün əvvəl isə bir başqa sakin toyuğunu gəzdirmək üçün evdən çıxdığını bildirmiş və cərimələnmişdi.
Oxu24.com
ŞƏRHLƏR