Hər zaman köməksizlərin dayağı olan, Azərbaycan bayrağını dənizlərdə, okeanlarda, limanlarda dalğalandıran vətənimin mərd, igid oğlu – Mübariz Mənsimovun günahsız olduğu inşallah ki yaxın günlərdə məhkəmə tərəfindən də təsdiqini tapacağına və onun yenidən azadlığa cıxacağına inanıram.
Bu sözləri Xəbər24-ə müsahibəsində nəinki Azərbaycanın, bütün türk dünyasının tanınmış bəstəkarı – Sevinc Tofiqqızı söyləyib.
Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı “Arzular” kompozisiyasını xalqımızın fəxri – Mübariz Mənsimova və rəhbərlik etdiyi “Palmali Şirkətlər Qrupuna ithaf edib. Bundan əlavə Sevinc Tofiqqızı Mübariz Mənsimovu böyüdən valideynlərinə ” Qurban ata, Zümrüd ana” mahnısını həsr edib.
Xatırladaq ki, Sevinc Tofiqqızı sonda Mübariz Mənsimova dəstək məqsədilə sözləri Şərafaddin İlkinə məxsus şeirə mahnı bəstələmişdir ki, həmin ifaya artıq klip də çəkildi.
Sevinc xanım müsahibəsində Türkiyə səfərində olan zaman Mübariz Mənsimovla görüşündən də söz açıb.
Sevinc Tofiqqızının Türkiyə səfərindəki Mübariz Mənsimovla görüşü, Mübariz Mənsimovun xeyirxah əməlləri və hazırda Mübarizə dəstəyi barədə söylədiklərini olduğu kimi sizlərə təqdim edirik:
Türkiyədə görüşdüyümüz zaman ofisində ilk gördüyüm Ulu Öndər Heydər Əliyevin şəkli oldu. O, Azərbaycan və Türkiyəni vətəni kimi çox sevir.
Mübariz bəy vətənpərvər, Türk dünyası üçün bütün varlığı ilə çalışan bir insandır. Prezidenti olduğu Palmali Şirkətlər qrupunda minlərlə insanı işlə təmin etmiş,tələbələrə, xəstələrə, imkansız ailələrə yardım etmişdir.
O, okean sularında üzən gəmilərinə Azərbaycan xalqının əbədi yaşar şəxsiyyətlərinin adını vermişdir.
Mübariz bəyin azadlığa çıxması məsələsində kömək üçün
mən Azərbaycan və Türkiyə Prezidentlərinə rəsmi müraciət etmişəm.
Və ədalətin bərqərar olacağına inanıram! Qeyd edim ki, Mübariz Mənsimovun azad olunan günü mən və bütün xalqım tərəfindən “Mübariz günü” kimi qeyd olunacaq!
Oxu24.com
ŞƏRHLƏR