Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29536
az

Adında 49 mənzil olan şəxs 190 manata görə müraciət etdi

13:1824 Aprel, 2020
719
REDAKTORUN SEÇİMİ
  • A

“Aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə ilə bağlı qaydalar təsdiq edildikdən iki gün sonra - aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir”.

Oxu24.com -un  məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır:

“Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır. Bununla belə, müraciətlərin təhlilləri onu göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər”.

Şöbə müdiri deyib ki, bugünədək baxılmış müraciətlərdə müqavilə ilə işləyən və əmək haqqı alanların sayının 260 min, aktiv VÖEN-i olanlar 160 min, dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar 150 min, ölkə xaricindən müraciət edənlər 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər), özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar 29 min, və icarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər sayı 9 min olub:

“Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir. Eyni zamanda, müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?! Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar? Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik”.

Fazil Talıbov deyib ki, qeyd olunan hallar müraciətlərə baxılması və emalı e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərlə arvad bir yerdə öldü — Azərbaycanda faciə
Kim Çen In üç generalını Rusiyaya göndərdi - DETALLAR
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı