Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29508
az

DİN məlumat yaydı: Yalnız həftənin iş günlərində...

00:2224 Aprel, 2020
753
REDAKTORUN SEÇİMİ
  • A

"Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər".

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.

"Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.
Eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir", - deyə məlumatda bildirilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən tələbənin FOTOSU
Qaçmazdan əvvəl Əsəd ətrafını necə aldadıb?
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu