Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29483
az

Stress xərçəngə səbəb ola bilər?

21:3923 Aprel, 2020
426
TİBB
  • A

Stress orqanizmin təbii qoruyucu reaksiyasıdır. Qısamüddətli, güclü olmayan streslər orqanizm üçün hətta faydalı sayılır.

Lakin stress güclüdürsə və insan ona uzun müddət ərzində məruz qalırsa bu sağlamlığa ciddi ziyan vurur.

Stress zamanı orqanizmdə kortizol və adrenalin hormonlarının (onlara “stress-hormonları” da deyilir) səviyyəsi qalxır. Bu prosess qısamüddətlidirsə, problem yoxdur. Lakin stress-hormonlarının səviyyəsi orqanizmdə daim yüksək olduqda, bu artıq çox ciddi pozulmaların riskini artırır.

Xroniki streslər bu kimi sağlamlıq problemlərinə səbəb olur:

- Ürək xəstəlikləri  

- Həzm pozulmaları

- Depressiya

- Artıq çəki

- Yuxu problemləri

- İmmun sisteminin zəifləməsi

- Cinsi istəyin azalması

Oxu24.com bildirir ki, bir çox mütəxəssislərin fikrinə görə, xroniki stress xərçəngin riskini artırır,mövcud olan şişin daha tez böyüməsini, orqanizm boyu yayılmasını stimullaşdırır.

Alimlərin fikrinə görə, xroniki stress immun sisteminin fəaliyyətini pozduğuna görə immun hüceyrələri şiş hüceyrələrini vaxtında aşkar edib zərərləşdirə bilmir və nəticədə xərçəngin riski də artmış olur.

Digər tərəfdən xroniki stress orqanizmdə iltihabın səviyyəsini artırır. İltihablar isə öz növbəsində xərçəngin riskini artırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu