Bakıda aptekə silahlı basqın olub. Üzünü gizlədən naməlum şəxs aptekə girərək əczaçını hədələyib, kassada olan pulları götürərək hadisə yerindən qaçıb. Baş verənlər aptekin təhlükəsizlik kamerasına da düşüb.
Başına papaq qoyan şəxs üzünü də tibbi maska ilə gizlədib, silahla aptekə basqın edib.
Hadisə anı aptekin müşahidə kamerasına da düşüb. Quldurluq cinayəti paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki bir aptekdə qeydə alınıb. Naməlum şəxs əlində silahlaaptekə daxil olaraq, orada işləyən şəhər sakini Esmira İbadovanı hədələyib. O, daha sonra kassada olan 700 manat pulu götürüb hadisə yerindən qaçıb.
Əczaçı Esmira İbadova dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 15-ci polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər. Əczaçı deyir ki, həmin şəxsin əvvəlcə müştəri olduğunu zənn edib. O, silahı çıxarıb üstünə gəldikdən sonra nə baş verdiyini anlayıb.
Esmira İbadovanın sözlərinə görə, həmin şəxs əvvəllər bu aptekə daxil olmayıb. Onun 30-35 yaşlarında olduğu ehtimal edilir. Faktla bağlı''quldurluq'' maddəsilə cinayət işi başlanıb. Görüntülər əsasında polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.
Oxu24.com
ŞƏRHLƏR