Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29386
az

COVID-19: Epidemiyanın ikinci dalğasından yayınmaq yolları

20:1422 Aprel, 2020
558
CƏMİYYƏT
  • A

Mayın 11-dək, yəni karantin rejimindən çıxmağın ilkin mərhələsində fransızların 5,7 faizi (3,7 milyon fransız) yeni koronavirusa yoluxmuş olacaq.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Paster İnstitutunun hazırladığı nəşrində yazılıb. Bildirilib ki, mayın 11-də epidemiyaya qarşı görülən bütün tədbirlər aradan qaldırılarsa epidemiyanın ikinci dalğasından yayınmaq olmayacaq. İkinci dalğadan yayınmaq üçün kollektiv immunitet, yəni immunlaşmış insanların sayı 70 faiz təşkil etməlidir. Ancaq hal-hazırda vəziyyət bu rəqəmdən çox uzaq olduğunu deyilib.

Fransa Baş Naziri Eduard Filip də bununla bağlı bildirib ki, təcrid olma rejimindən çıxanda epidemiyanın 2-ci dalğasından yayınmaq üçün bütün mövcud gigiyenik tədbirlər qüvvədə qalacaq. Baş Nazir fransızlara xəbərdarlıq edib ki, epidemiyadan əvvəlki həyata qayıdış uzun zaman tələb olunacaq.

Paster İnstitutunda epidemiya ilə bağlı tədqiqat aparmış Simon Koşemez təcridolma rejimindən problemsiz çıxmaqla bağlı daha dərindən düşünməyə ehtiyac olduğunu bildirib.
Qeyd edilib ki, əhalinin az qisminin yeni koronavirusa yoluxması təcridolma rejiminin tətbiq olunması ilə bağlıdır. Təcridolma rejimindən əvvəl 3,3 faiz yoluxmuşdursa, təcridolma rejimi müddətində 0,5 faiz yoluxub.

S.Koşemez bildirib ki, yeni virusla ölmək riski qadınlarla müqayisədə kişilərdə 50 faiz daha çoxdur və bu yaş kateqoriyasına görə dəyişir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhərlər qaraçörəkotu çeynəmək hansı problemləri aradan qaldırır?
İmtahandan keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcək? - AÇIQLAMA
Azərbaycan paraüzgüçüsü Fransada gümüş qazandı

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü