İki həftə ərzində İranın cənub əyalətləri çəyirtkə istilasına məruz qalacaq.
Oxu24.com xəbər verir ki, İranın Kənd Təsərrüfatı Nazirliyindən belə xəbərdarlıq edilib. Məlumata görə, bu dəfə istila daha böyük ərazini əhatə edə bilər. Fəsadların qarşısının alınması üçün 6 milyon dollarlıq büdcə ayrılıb. Yaxın günlərdə daha 6 milyon dolların ayrılması nəzərdə tutulub. Müvafiq dairələrə tapşırıqlar verilib.
Qeyd edək ki, fevral və mart aylarında İran oxşar istilaya məruz qalmışdı.
Oxu24.com
ŞƏRHLƏR