Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29163
az

XİN Rusiyada yaşayan azərbaycanlılara müraciət etdi

22:3219 Aprel, 2020
1259
  • A

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən oxu24.com -a verilən məlumata görə, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə kömək göstəriləcək.

Bu il aprelin 18-dən başlayan qeydiyyat aprelin 23-də Moskva vaxtı ilə saat 00:00-dək davam edəcək.
Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin edilməsi istiqamətində işlər tənzimlənəcək.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd-keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yaradılan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
İnəklər kütləvi şəkildə niyə öldü?
Avtobusda ölən şəxs kimdir?

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı