Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29137
az

SON DƏQİQƏ! Prezident  Mikayıl Cabbarova  yeni  vəzifə  verdi

13:3919 Aprel, 2020
5013
SİYASƏT
  • A

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.

Bununla da, MŞ üzvlərinin sayı 3-dən 5-ə çatıb. Digər 2 üzv əvvəlki qaydada Kənd təsərrüfatı naziri İnam Kərimov və Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovdur.

Şuraya Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.

Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevdən Bəhreyn     Kralına     məktub
İraqın müdafiə naziri Ankarada türkiyəli həmkarı ilə görüşdü
Ankaradan KİPR BƏYANATI: "Daha 60 il sərf etmək istəmirik"

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Qafar Dəmirçinin şikayəti rədd edildi- Həbsdə qaldı