Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29129
az

Prezidentdən banklarla bağlı mühüm TAPŞIRIQ

12:2519 Aprel, 2020
885
SİYASƏT
  • A

Koronavirus pandemiyası bank-vətəndaş münasibətlərini yeni mərhələyə keçirdi. Dövlətin vətəndaşlar üçün təyin etdiyi birdəfəlik ödənişləri banklardan alması və insanların hesab açmaları gələcəkdə banklara fərqli yanaşmanı ortaya qoyacaq.

 
Oxu24.com-un xəbərinə görə, iqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda banklarla bağlı tapşırıqlarına münasibət bildirərkən deyib.
 

O bildirib ki, koronavirus pandemiyası istər sosial, istərsə də iqtisadi sahədə bir çox həqiqətləri üzə çıxardı:


“Xüsusilə, bu gün üzə çıxdı ki, əmək müqaviləsi olmadan, qeyri-formal işləyənlərin sayı həddən artıq çoxdur. İlk növbədə bu sahədə şəffaflaşma lazımdır: yəni sahibkarların vergidən yayınmasına, işçinin isə sosial müdafiəsiz buraxılması kimi pis ənənəyə son qoyulmalıdır.


Eyni zamanda, cənab Prezident birdəfəlik ödəniş alan vətəndaşlara bir daha tövsiyə etdi ki, bank hesabları açsınlar. Bu qərar da çox vacibdir. Çünki bu gün təəssüf ki, vətəndaşlar banklara daha çox kredit ilə bağlı müraciət edirlər. Prezidentin bu qərarından sonra vətəndaşların özləri üçün şəxsi hesab açmasının geniş vüsət alacağını düşünürəm.

 
Prezident bu qərar ilə iki mühüm məsələni həll etmiş oldu:
 

1. Bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar və öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaqlar.

 
2. Vətəndaşların banklara olan inamı artacaq, ən əsası da fərqli yanaşma üçün yeni fürsətləri hiss edəcəklər”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
Ərdoğan:

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi