Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizdə yaşayan vətəndaşlarına müraciət ünvanlayıb.
Səfirliyin sosial media hesabında yerləşdirilən müraciətdə deyilir:
“Azərbaycanda olan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyyə edilməsi üçün Heydər Əliyev Hava Limanından 23 aprel saat 11:10-da, 24 aprel saat 01:55-də və 22 aprel saat 22:35-də təyyarə səfərləri təşkil ediləcək”.
Məlumatda üstünlüyün daha çox tələbələrə, müvəqqəti olaraq Azərbaycanda olan şəxslərə (turizm, iş görüşü məqsədi ilə gələnlərə) veriləcəyi deyilir.
Səfərlərin Türkiyənin hansı şəhərinə təşkil ediləcəyi və gedənlərin hansı karantin mərkəzlərində qalacaqları hələlik bəlli deyil. Birtərəfli uçuş üçün biletin qiyməti isə 440 AZN-dir.
Oxu24.com
ŞƏRHLƏR