Türkiyədə koronavirusun ən çox yayıldığı şəhər olan İstanbulda 107 yaşlı Havahan Karadeniz adlı qadın koronavirusa qalib gəlib.
Oxu24.com Milliyet-ə istinadən xəbər verir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus testi müsbət olub. Bir həftə müddətində stasionar müalicə alan ahıl qadın güclü immun sistemi sayəsində virusa qalib gəlib. Həkimlər onun həyatına təhlükə olmadığını və müalicəsini ev şəraitində karantində olmaqla davam etdirə biləcəyini bildiriblər.
Ambulator müalicəyə yazılan 107 yaşlı qadın sağlam həyat tərzi və qidalanmağın insanı bir çox xəstəliklərdən qoruduğunu deyib.
Qeyd edək ki, H.Karadenizin dörd övladı, on bir nəvəsi və on beş nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq.
Oxu24.com
ŞƏRHLƏR