Müsavat Partiyasının üzvü, həkim Zakir Xəlilov koronavirusdan vəfat edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə partiya başqanının müavini Səxavət Soltanlı məlumat verib.
"Təəssüf ki, yaxından tanıdığımız, müsavatçı dostumuz Zakir Xəlilov (Zakir doktor) koronavirusdan dünyasını dəyişdi. O, təcili tibbi xidmətdə çalışırdı. Başqalarını xilas edərkən virusa yoluxmuşdu” – S.Soltanlı qeyd edib.
ŞƏRHLƏR