Qoç - maraqsız gündür. Ciddi münaqişələr yoxdur, ancaq ətrafınızdakılardan (həm işdə, həm şəxsi münasibətlərdə olduqlarınızla) narazılığınız artır. Hələlik özünüzü birtəhər ələ ala bilirsiniz, amma fitil alışıb və partlayış da qaçılmazdır. Müstəqil yerinə yetirə biləcəyiniz işlərdən yapışın.
Buğa - təhsil üçün münasib gündür, məlumatı yaxşı qavrayırsınız, ancaq müəllim axtarışı elə də asan olmaya bilər. Sükan arxasında səfərlərdən çəkinin, yolda xoşagəlməz hadisələrlə qarşılaşa bilərsiniz. Enerjiniz azdır, halsızlıq mümkündür.
Əkizlər - neytral gündür. Vaxtınızı sərf etdiyiniz işlər əhəmiyyətsiz, əldə etdiyiniz uğurlarınız isə solğundur. Yaradıcı potensialınız aşağı səviyyədədir və yaxşı ideya sarıdan korluq çəkirsiniz. Xoşbəxtlikdən, dostlarınız vaxtında və gözəl təkliflərlə kefinizi açacaqlar. Onların təklifini qəbul edə bilərsiniz.
Xərçəng - yaşlı nəslin nümayəndələrinin məsləhətlərini sərbəstliyinizə sui-qəsd kimi qəbul etdiyinizdən aranızda mübahisə yarana bilər. Sərt iradlar söyləməyin, öz mövqeyinizi sakitcə müdafiə edin: incə kinayə effektiv silaha çevrilə bilər.
Şir - həyəcanlanmaq üçün xeyli səbəb yaranacaq. Bunların sırasında müəyyən xəbərlərin alınması, işdə xırda anlaşılmazlıqlar, həmçinin yaxınlarınızla aranızdakı fikir ayrılıqları çoxluq təşkil edəcək. Ancaq günorta alacağınız xəbər şəraitə başqa nöqteyi-nəzərdən yanaşmağınıza imkan verəcək və siz anlayacaqsınız ki, doğrudan da, narahat olmaq üçün heç bir əsas yox imiş.
Qız - sizi bu yaxınlarda incidən, yaxud təşəbbüslərinizi qiymətləndirməyən insanlar öz səhvlərini etiraf edərək üzr istəməyə hazırdırlar. Kinlilik göstərməyə dəyməz, ancaq sağlam düşüncəni də əldən verməyin: tövbə eləyənlərin heç də hamısı səmimi deyil.
Tərəzi - qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət deyil.
Əqrəb - gün xoş keçəcək. Həmin dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq, enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz olmayacaq.
Oxatan - Nəzərə almaq lazımdır ki, yalnız güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da artıq olmayacaq. Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.
Oğlaq - səhəri vacib görüşlər və iş görüşləri üçün ayırın, bunlar çox məhsuldar keçəcək. Həmçinin müxtəlif konfranslarda, seminarlarda, reklam və xeyriyyə aksiyalarında iştirak edə bilərsiniz. Ünsiyyət sevinc gətirir, asanlıqla yeni tanışlar tapırsınız. Təndricən mənfi tendensiyaların təsiri artır. Axşamı təklikdə, sakit məşğuliyyət arxasında keçirmək məsləhətdir.ciddi xərclərdən çəkinin. Səfərlər və ziyafətlərə qatılmaq məsləhət deyil.
Dolça - nəinki dəyişikliklərə can atır, üstəlik, onların gecikməməsi üçün əlinizdən gələni edirsiniz. Təəssüf ki, cəhdlərinizin nəticəsi gözləntiləri doğrultmur. Günah sizdə deyil, sadəcə, belə alınır. Ancaq fantaziyanız sərhəd tanımır - istənilən nəticədən yararlana bilirsiniz.
Balıqlar - əsl sınaq dövrüdür. Situasiyanı nəzarətdə saxlamaq çətin olacaq, üstəlik, öz emosiyalarınızı da yığıb-yığışdıra bilməyəcəksiniz. Düşünülməmiş qərarlar verməyə və düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu, xeyli macəra yaşamağınıza imkan yaradır, amma bunların heç də hamısı xoş olmayacaq.
Oxu24.com
ŞƏRHLƏR