İtaliyada son 24 saat ərzində 3 493 nəfər koronavirusa yoluxub, bununla da ölkədə virusa yoluxanların sayı 172 434 nəfər olub.
OXU24.COM -UN xəbərinə görə, İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilir ki, sutka ərzində koronavirusdan 575 ölüm faktı qeydə alınıb. Ölənlərin sayı 22 745-ə yüksəlib. Koronavirus qurbanlarından 130-u həkimdir.
Bununla belə, son sutka ərzində ən yüksək sağalma göstəricilərindən biri qeydə alınıb – 2 563. Koronavirusdan sağalanların ümumi sayı 42 727-dir.
İtaliyada koronavirus pandemiyası fevralın 21-də baş qaldırıb. Ən yüksək ölüm sayı martın sonunda qeydə alınıb – bir gündə 969 nəfər virusun qurbanı olub.
Oxu24.com
ŞƏRHLƏR