Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29039
az

Mübariz Mənsimovla bağlı ÇAĞIRIŞ

21:3617 Aprel, 2020
1637
MÜSAHİBƏ
  • A

Türkiyənin “Milli Vicdan” Platforması çağırış edib. Türkiyənin “Milli Vicdan” platforması “Palmali” şirkətlər qrupnun prezidenti Mübariz Mənsimovla bağlı Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib.

 

Oxu24.com-un xəbərinə görə, çağırışın mətnində bildirilir ki, Milli Vicdan Platforması adı ilə bu mətnə imza atan ziyalılar M.Mənsimovun həbsinin Türkiyə-Azərbaycan əlaqələrinə böyük zərər verməsindən narahatlıq duyur, onun həbssiz mühakimə olunmasını lazım bilirlər. Prezident Ərdoğana ünvanlanan çağırış həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri, ədliyyə naziri, MHP sədri Dövlət Baxçalı və müxalifət liderlərinə göndərilib. Çağırışda vurğulanır ki, bir müddət əvvəl saxlanılan Mübariz Mənsimovun səhhətindəki problemlər getdikcə təhlükəli hala gəlib. Həbs olunma hadisəsindən sonra Azərbaycan, Rusiya, Avropa, Amerika və Türkiyədəki milyonlarla azərbaycanlı, bu qərara reaksiya göstərərək ictimai mediada "Mübarizə azadlıq" kampaniyası başladıblar. Bu insanlar Mübariz Mənsimovun böhtana və şərə qurban verildiyinə, bəzi güc mərkəzlərinin bu böhtan kampaniyasını yaratdıqlarına inanırlar. Bu vəziyyət, Türkiyə ilə Azərbaycan arasındakı nümunəvi qardaşlıqdan və əməkdaşlıqdan narahat olan bəzi adamları cəsarətləndirib. Bəzi qonşu dövlətlərin tərəfdarları, Mübariz Mənsimov hadisəsini bəhanə edərək milyonlarla insanın Türkiyəyə təzyiq və hirsini özləri üçün fərsətə çevirməyə çalışırlar.

 

Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan qardaşlığına və əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən Milli Vicdan Platformasının üzvləri 2009-cu ildə Türkiyə Prezidentinin “Qarabağın işğalı bitmədən sərhəd qapıları açıla bilməz” deyərək şiddət və müdrikliklə böyük bir fitnənin qarşısını necə aldığını da xatırlayıblar.

 

Hüquqşünasların fikrincə, ağır xəstə olan Mübariz Mənsimovun həbssiz məhkəməsi milyonlarla Azərbaycan türkünün qəlbini rahatlaşdıracaq.

 

Çağırışda belə deyilir: “Mübariz Mənsimov ölsə, bu iki qardaş arasında inciklik, nifrət, kin və nifaqa səbəb ola bilər. Bizim fikrimiz belədir: Mübariz Mənsimov iddia olunduğu kimi FETO-çu olsaydı, ölkənin digər xainləri kimi artıq ölkəni tərk etmiş və şirkətlərini əcnəbilərə təhvil verərdi. O, Avropa vətəndaşlığından imtina etmək və Türkiyə vətəndaşlığına üstünlük vermək üçün kifayət qədər vətənpərvər və millətçi duyğusuna sahib iş adamıdır. Eyni zamanda, minlərlə tələbəyə təqaüd verən, minlərlə kasıb insana, xüsusən şəhid ailələrinə kömək edən və bir çox imkansız xəstəni müalicə etdirən xeyriyyəçidir. Azərbaycanın ikinci Hacı Zeynalabdin Tağıyevi kimi tanınır.

“Milli Vicdan” Platforması Türkiyə prezidentinə çağırışını belə yekunlaşdırır:

“Biz, ölkəmizdə iş görən iş adamlarına, xüsusən də ata yurdumuz olan Qafqazdan olan iş adamlarına qarşı bu cür tədbirlərin, Türk Cəmiyyətləri arasında Anadolu ilə atayurdu arasında İsmayıl Qaspıralının “Dildə, Fikirdə, İşdə Birlik” tezisinə zərər verəcəyindən narahatıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var
Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Cinayətdə şübhəli bilinən40      nəfər     saxlanıldı