Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29022
az

Işsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşın telefon nömrəsinin öz adına olub-olmaması ilə bağlı AÇIQLAMA

18:1517 Aprel, 2020
630
CƏMİYYƏT
  • A

"190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçən şəxslərə müvafiq orqanlar tərəfindən cavab verilmə müddəti mümkün qədər qısaldılıb".

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçənlərə 3 gün ərzində cavab verilir: "Bu, ya təyinat, ya da imtina cavabıdır. Bu barədə vətəndaşın mobil nömrəsinə SMS-lə məlumat verilir. Vətəndaş SMS-in gec gəlməsindən narahat olmasın. Əgər vətəndaş qeydiyyatdan keçən zaman orada mobil nömrə qeyd edibsə, ona təyinat olduğu halda, vəsaitin hansı poçtdan götrülməsi barədə SMS gələcək. İmtina olunduqda da göndərilən SMS-də imtinanın səbəbi qeyd edilir".

B.Hüseynov əlavə edib ki, əvvəlki qaydalara əsasən, işsiz kimi qeydiyyatdan keçdikdə şəxsə mütləq SMS göndərilirdi: "İndi isə bu qayda gözlənilmir. Vətəndaşa yalnız ödəniş təyin edildikdə və ödənişdən imtina cavabı verildikdə ona mütləq şəkildə SMS göndərilir".

Birdəfəlik ödəmənin alınması üçün şəxsin işsiz statusu almasının vacib olduğunu deyən B.Hüseynov qeyd edib ki, aparılan araşdırma zamanı işsiz statusu alan şəxsin özünün, yaxud həyat yoldaşının hər hansı yardım, təqaüd, pensiya, sosial müavinət, kompensasiya aldığı, şəxsin aktiv əmək müqaviləsinin olduğu, şəxsin mülkiyyətində pay torpağının olduğu, silahlı qüvvələrdə xidmət keçdiyi aşkarlanarsa, ona birdəfəlik vəsait verilmir.

B.Hüseynovun sözlərinə görə, bu gün işsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlardan telefon nömrəsinin öz adına olması tələb edilmir. Hazırda birdəfəlik ödəmənin alınması ilə bağlı onlayn müraciət edən vətəndaşlardan şəxsiyyət vəsiqəsinin FİN nömrəsi tələb olunur: "Onlarla əks əlaqənin yaradılması üçün 3 metoddan biri təklif edilir. Bunlar kimin adına olmasından asılı olmayaraq ya mobil nömrə, ya elektron poçt ünvanı, ya da şəhər telefonu və faktiki yaşayış ünvanlarıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SOS: Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!
BDU-nun tələbəsi faciəvi şəkildə ÖLDÜ
Bakıda Aşıq Ələsgərin heykəli ucaldıldı - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO