Xaçmaz rayonunda qanlı cinayət hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürüüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.
Araşdırma aparılır.
ŞƏRHLƏR