Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28940
az

Göyçay RİH rəsmisi saxta icazə kağızı satır - İddia

17:0216 Aprel, 2020
1003
ŞİKAYƏTLƏR
  • A

Göyçay rayon icra hakimiyyətinin rəsmisi haqda ilginc məlumat yayılıb.

Oxu24.com xəbər verir ki, rayondakı mənbələrdən Sfera.az-a sızan məlumatlarda Göyçay RİH-nin inzibati ərazi idarəetmə şöbəsinin müdiri Yusif Cəbrayılovun ayrı-ayrı vətəndaşlara saxta icazə sənədi satdığı iddia olunur.

Daxil olan məlumatlarda o da bildirilir ki, hərəsi 100-200 manat aralığında başa gələn həmin icazə kağızları aidiyyatı olmayan şəxslərə guya kənd təsərrüfatı ilə məşğul olduqlarına görə verilir. Elə bunun nəticəsidir ki, respublikamızın digər rayon və şəhərlərindən fərqli olaraq karantin rejiminə rəğmən Göyçayda çoxsaylı insanların küçədə dolaşdıqlarına şahidlik etmək olur.

Məlumat üçün bildirək ki, bu günə qədər vətəndaşlara saxta icazə vərəqələri satdığına görə bir sıra şirkət və media qurumlarının təmsilçiləri həbs olunublar. Amma çox maraqlıdır ki, indi bu kimi yolverilməz alqı-satqıda Göyçay RİH rəsmisinin adı hallanır. Bütün bunlardan Göyçay RİH başçısı Mehdi Səlimzadənin xəbərsiz olması isə inandırıcı görünmür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İndi də Ağadadaş Ağayev mühafizəçinin   həbsini     istəyir