Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28497
az

SON DƏQİQƏ: Nazirlər Kabineti yeni məlumat yaydı

18:2310 Aprel, 2020
957
SON DƏQİQƏ
  • A
Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib. Oxu24.com -ıun məlumatına görə, Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat”a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə rayon icra hakimiyyəti orqanından arayış almalıdırlar. Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: “Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir”. İ. Məmmədov bildirib ki, indiyə qədər kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olmuş təchizatçılardan hansının VÖEN-i yoxdursa, onlar orta və iri tonnajlı yük maşını ilə Bakıya kənd təsərrüfatı məhsulları gətirmək üçün yerli icra hakimiyyəti orqanından arayış almalıdır: “Tutaq ki, Qazaxdan, Tovuzdan bir “KamAZ” kartof gətirir. İcra hakimiyyətindən arayış alıb, sərbəst şəkildə kənd təsərrüfatı məhsulları yüklənmiş yük maşını ilə Bakıya gələ bilər”. Qeyd edək ki, Milli Məclisin son iclasında da bəzi millət vəkilləri kənd təsərrüfatı məhsullarının Bakıya daşınması sahəsində problemlərin olduğunu, hətta rayonda istixanalarda məhsulları olan sahibkarların məhsullarını Bakıda pulsuz paylamağa hazır olduqlarını bildirmişdi. //APA Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onları 7 minədək cərimə gözləyir- DYP-dən müraciət
Qar yağacağı gözlənilir — Sabahın havası
Əhalinin NƏZƏRİNƏ:İçərişəhərə bu tarixdən giriş məhdudlaşdırılır

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi