Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28156
az

Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” – Karantin həkimindən xəbərdarlıq

22:5305 Aprel, 2020
821
CƏMİYYƏT
  • A

“Dövlət yetəri qədər vəsait ayırsa da, aidiyyəti qurumlar yetərli fəaliyyət göstərmir!”.

Oxu24.com xəbər verir ki, Bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev özünün feysbuk hesabında yazıb.

“Neçə gündür biz bar-bar bağırırıq ki, poliklinikalar, xəstəxanalar və özəl tibb mərkəzləri konkret olaraq yoluxma mənbəyidir! Reaksiya verən yoxdur! Başa düşməyən aidiyyatlı qurumlara ən sadə dildə izah edirəm: əhali arasında ən çox yoluxmuş insanlar yuxarıda adı çəkilən tibb müəssisələrinə müraciət edir və oradakı personalı birbaşa yoluxdurur və bu personal yoluxur və yoluxdurur! Küçələrdəki insanlar içərisində yoluxma tibb müəssisələrinə müraciət edənlər arasındakı yoluxmadan qat-qat azdır! Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq! Ya bu tibb müəssisələrində çalışan personal hamısı tam qoruyucu paketlə təmin edilməlidir, ya da onlarda xəstə qəbulu dayandırılmalıdır”, – deyə A.Əliyev müraciətində bildirib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı