Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28113
az

Bu gündən Azərbaycana giriş-çıxış və yerli hava uçuşları dayandırıldı

09:5605 Aprel, 2020
398
  • A

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları bu gündən tam şəkildə dayandırılıb.

OXU24.COM  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarına əsasən, dayandırılma bu gün saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək müəyyənləşib.

Qeyd olunub ki, tətbiq olunan bu tədbir koronavirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

"Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik", - deyə məlumatda bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə xəbərdarlıq edildi:4 iyunda...
Tovuzda avtomobil çaya düşüb, üç nəfər batıb
Qaz olmayacaq - DİQQƏT!

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı