Qoç - günün ortasında bir qədər gərginlik yaranacaq. Özünüzdən narazılığınız, öz hərəkətlərinizə həddən artıq tənqidlə yanaşmağınız sizi düşünülməmiş hərəkətlərə təhrik edəcək. Bir az özünüzü tərifləyin, axı siz buna layiqsiniz.
Buğa - dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.
Əkizlər - sakit gündür. Kefinizin yaxşı məqamını tutub hansısa yeni və maraqlı layihə üzərində işə başlaya bilərsiniz. Tənbəllik, işsizlik və darıxmaq - bu gün sizin ən böyük düşmənləriniz bunlardır, kefiniz uzun müddətə pozula bilər.
Xərçəng - ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur.
Şir - səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Şirlər bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.
Qız - lazım olduğundan artıq ev işlərinə vaxt ayırmayın. Evdə böyük təmizlik, mebellərin yerinin dəyişdirilməsi, mətbəxdə eksperimentlər sizi yaman cəlb edir. Amma unutmayın ki, bunlardan hansı birinisə etmək fikrinə düşsəniz, həddən artıq yorula bilərsiniz, çünki entuziazmınız "yandığı" sürətlə də "sönəcək".
Tərəzi - bu gün yaman eqoistsiniz, öz istək və tələbləriniz sizin üçün birinci sıradadır. Başqalarının da nəsə istəməsi, nəyəsə can atması, sadəcə, dincəlmək, istirahət etmək ehtiyacı isə sizi qətiyyən maraqlandırmır. Çox nahaq. Bugünkü hərəkətlərinizə görə peşman olacaqsınız.
Əqrəb - yaxınlarınızla münasibətləriniz əladır: onları yaxşı başa düşür, həm onların, həm öz maraqlarınızın qeydinə qalırsınız. Yaşlı nəslin nümayəndələri ilə asan dil tapırsınız. Onlardan aldığınız məsləhət və kömək çox işinizə yarayacaq. Pul ala bilərsiniz.
Oxatan - bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.
Oğlaq - bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir.
Dolça - bu gün öz ideya və fikirlərinizə riayət edin, başqalarının məsləhətlərinə isə tənqidlə yanaşın. Bir neçə dəfə sizə öz fikrini diktə etməyə çalışan insanlardan uzaq durun, çünki güclü təsirləri altına düşə bilərsiniz. Günün ikinci yarısı lazım olmayan yerə pul xərcləməyin.
Balıqlar - istənilən fəaliyyət sahəsi ilə məşğul ola bilərsiniz. Yaradıcı potensialınız o qədər yüksəkdir ki, hətta adi ev işini çox maraqlı bir məşğuliyyətə çevirəcək və qeyri-adi nəticələr əldə edəcəksiniz. Günün ortasında yaxınlarınızla xoşrəftar olun, onları ehtiyatsızlıqlarına görə acılamayın.
Oxu24.com
ŞƏRHLƏR