Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28013
az

Nazirlik İnternetin verilməsində güzəştləri AÇIQLADI: "Vəziyyətlə bağlı ciddi tapşırıqlar verilib"

19:2203 Aprel, 2020
566
SON DƏQİQƏ
  • A

Danılmazdır ki, insanların hava, su qədər ən böyük istifadə etdiyi resurs internetdir. Koronavirus (COVİD -19) pandemiyasının ölkəmizdə yaratdığı mövcud duruma görə bu gün əhaliyə suyun verilməsində müəyyən güzəştlər tətbiq olundu. "Azərsu" martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb. İnternetin verilməsində güzəştlər tətbiq ediləcəyi də diqqət mərkəzində olan suallarındandır.

Oxu24.com  bildirir ki, bununla bağlı SONXEBER.AZ-a danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat katibi Günel Gözəlova mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən müvafiq qurumlara ciddi tapşırıqların verildiyini açıqlayıb:

 
"Ümumiyyətlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən pandemiya dövründə, nəqliyyat, poçt, internet və mobil rabitə, eləcə də televiziya və radio yayımının keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlarımıza çox ciddi tapşırıqlar verilib. Hazırda naziriliyin nəzarətində olan digər sahələrlə yanaşı telefon, internet xidmətinin fasiləsiz olması ciddi nəzarətdə saxlanılır. Tam əmin ola bilərsiniz ki, müvafiq qurumlarımız, istər "Aztelekom", istər "Baktelekom" vəziyyətlə bağlı ciddi tapşırıqlar alıblar. Bizə gələn müraciətləri yerindəcə həll edirik ki, vətəndaş evdən çölə çıxmasın. Əsas məqsədimiz budur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə telefon, internetlə bağlı müvafiq qurumların problemləri olarsa 155, 170, 122 Çağrı Mərkəzlərinə müraciət edə bilərlər. Şükayət təmin olunmazsa, nazirliyin 16 55 Çağrı Mərkəzinə, eləcə də sosial media hesablarımıza müraciət edə bilərlər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bakıda bina yanır
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi
Rusiya yaxınlaşır— Ukrayna tərəfi təcili açıqlama yaydı

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı