Türkiyə millisinin və “Fənərbaxça”nın keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.
Oxu24.com xəbər verir ki, bu barədə eks futbolçunun həyat yoldaşı məlumat paylaşıb.
O bildirib ki, veteran oyunçu COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Futbolçunun xanımı qeyd edib ki, ailəliklə verdikləri testlərdə onun, qızının və oğlunun analizləri neqativ çıxsa da, Rüştüdə pozitiv olub.
Buna görə də o, xəstəxanaya yerləşdirilib.
Oxu24.com
ŞƏRHLƏR