Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva İnstaqramda sosial şəbəkə istifadəçilərinin suallarını cavanlandırıb.
Teleqraf.com fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:
- İnsan ikinci dəfə sevə bilərmi?
- İnsan bir neçə dəfə aşiq ola bilər. Sevmək isə dərin hissdir və zamanla gəlir.
- Nə zaman ana olmağı düşünürsünüz?
- Koronavirus bitəndən sonra düşünərik.
- Subaylıq yoxsa evlilik yaxşıdır?
- Desəm ki, subay qalmaq yaxşıdır, evlənməyəcəksiniz? Hərəsinin öz yeri var, doğru zamanda, doğru insanla.
- Sevən insan münasibətinə hansı halda son qoyur?
- Ona görə ki, anası istəmir. Yalan danışır, anası hər şeyi bilir. Sadəcə istəmir özünü xasiyyətsiz göstərsin ki, öz fikri yoxdur. Azərbaycanda sevən insan başqa heç bir səbəbə görə getmir.
- Hazırda diet saxlayırsınız?
- Xeyr.
Oxu24.com
ŞƏRHLƏR