Sovet İttifaqında sanitar tibb üzrə baş mütəxəssis, akademik Pyotr Burqasov təhlükəli infeksiyaları öyrənən laboratoriyada çalışır və bu mövzuda elmi araşdırmalar aparırdı. İş yerində viruslara və patogenlərə yoluxmamaq üçün onun özünün təhlükəsizlik və qorunma metodları da var idi.
Böyük Vətən müharibəsində də iştirak etmiş və 90 il yaşamış Burqasovun metodu çox sadədir.
Oxu24.com medicina.az-a istinadən xəbər verir ki , indi koronavirusla mübarizə və profilaktika dünyanın gündəmində olduğundan sovet dövrünün də olsa həmin asan üsulu təqdim edirik.
Professor özü hər gün səhər işə başlamazdan öncə və axşam işdən sonra burun dəliklərini dərinliyə doğru sabunla yuyurdu. Yəni prosedur zamnı istənilən sabunu barmağınıza çəkib, burunun icini sabunlayıb sonra yuyursuz.
Sabun burun selikli qişasına ilk olaraq düşən və orda yığılıb orqanizmin baryerini aşaraq boğaz və ağciyərlərə keçməsini gözləyən virusları məhv edir.
Əgər burun içini gündə 1-2 dəfə yaxşıca yusanız çox virus və infeksiyalardan qorunmuş olarsınız.
Oxu24.com
ŞƏRHLƏR