Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27056
az

Bakı metropoliteni fəaliyyətini dayandırır? — Rəsmi

22:1223 Mart, 2020
655
  • A

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir. Belə olan halda Bakı metrosu necə fəaliyyət göstərəcək. Bakı metrosu fəaliyyətini dayandıracaqmı? Bütün bunlarla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədovla əlaqə saxladıq.
 

Oxu24.com- a açıqlama verən B. Məmmədov deyib ki, Bakı metroları adi rejimdə fəaliyyətini davam etdirəcək. “Sadəcə olaraq  insanların  koronavirus pandemiyası ilə əlaqədar olaraq sərnişinlərin metrodan daha az istifadə etməsinə görə  bu addım atılıb. Yəni metro ilə paralel sərnişinlərin daha çox  yerüstü ictimai nəqliyyat vasitəsindən   istifadə etməsi məsələhət görülür. Bu  addım  metroda sərnişin sıxlığının qarşısını almağa xidmət edir”,- B.Məmmədov deyib.

Qeyd edək ki, bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin  M1 və M2 ekspress marşrut xətlərindəki avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarındakı dayanacaq məntəqələrində duracaq.

M1 - xətti:  H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st.  (ümumilikdə 11 m/st.)
M2 – xətti:  H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çimərliklərə getməyin! XƏBƏDRARLIQ
Azərbaycanda bu müəllimlərə PİS XƏBƏR
Faciəli şəkildə öldü

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda ticarət mərkəzindən oğurluq