Şamaxı rayonunda silahlı insident olub.
OXU24.COMqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.
Şamaxı Rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə ilə bağlı əlavə məlumat verməkdən imtina edib.
Prokurorluqdan Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR