Ökəmizdə əlavə olaraq 22 min işsiz şəxs kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunacaq. Belə ki, Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imzalanan müqaviləyə əsasən cari ilin 3-cü rübündən etibarən layihəyə start veriləcək. Dəyəri 100 milyon ABŞ dollar civarında olan layihə 5 il üçün nəzərdə tutulub.
Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənərək daha 22 min şəxs işlə təmin olunacaq. Bu Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin icrası ilə mümkün olacaq. 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik biznesə başlayacaq.
Həmin işsiz şəxslər mütləq qaydada dövlət məşğulluq xidmətinin yerli mərkəzlərində qeydiyytdan keçməlidirlər. Peşəsi iş bacarığı olmayanlar üçün təlim kursları da təşkil ediləcək.
Qeyd edək ki, nazirlikdə layihənin icrası ilə bağlı qrup da yaradılacaq. Və 5 il ərzində icra qrupu həmin 22 min şəxsə veriləcək aktivləri dəqqətdə saxlayacaq.
Oxu24.com
ŞƏRHLƏR