Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında parlamentin sədri, müavinləri seçilib.
Oxu24.com verir ki, səsvermə nəticəsində Milli Məclis Sədrinin müavini vəzifəsinə Azərbaycanın müaxlifət partiyası Vətəndaş Həmrəyliyi Partiyasını parlamentdə təmsil edən deputat Fəzail İbrahimli seçilib.
Qeyd edək ki, Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Müəllifi olduğu bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi məqalə var.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
2000, 2005, 2010, 2015-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib. O, Regional məsələlər və Mədəniyyət komitələrinin üzvü olub.
ŞƏRHLƏR