Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib.
Bu barədə Rusiya mətbuatı xəbər verib.
Tənzimləyici qurum qərarını əmtəə birjalarında neftin ucuzlaşması fonunda valyuta bazarında volatilliyin azaldılması istəyi ilə izah edib.
Rusiya Bankı həmçinin bəyan edib ki, dollar alışının bərpa edilib-edilməməsi bu ay maliyyə bazarlarındakı vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, bu gün qonşu ölkədə ABŞ dollarının məzənnəsi 75 rubla, avronun məzənnəsi isə 85 rubla yüksəlib. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 10% çoxdur və 2016-cı ilin əvvəlindən bəri maksimal həddir. (report)
Xatırladaq ki, Səudiyyə Ərəbistanı neftin qiymətini artıqmaq üçün hasilatı azaltmağı təklif etsə də, Rusiya bu təklifi rədd edib. Ardınca Səudiyyə Moskvanın acığına hasilatı nə qədər lazımdırsa, artıracağını bəyan edib. Neftin qiyməti bir gündə 30 faiz düşüb. Ötən sutka ərzində Rusiya 150 milyon dollar zərərə düşüb.
Oxu24.com
ŞƏRHLƏR