NATO təlimlərindən bir neçə saat əvvəl kəşfiyyat məqsədiylə havaya qalxan Rusiya təyyarələri Böyük Britaniya qırıcılarının təzyiqinə məruz qalıb.
Publika.az xəbər verir ki, Rusiya tərəfi NATO-nun təlimlər keçirəcəyi ərazilərə yaxın bölgələrdə uçuşlar keçirəcəyi barədə açıqlama verib. NATO bunun kəşfiyyat uçuşları olduğunu irəli sürərək, Rusiya təyyarələrini təqib edib. Məlumata görə, gərginlik 15 saat davam edib. Britaniyalı pilotlar bir neçə dəfə rusiyalı pilotların uçuşlarına mane olmaq üçün təzyiq göstəriblər.
Qeyd edək ki, NATO ölkələri ötən gün hərbi təlimlərə başlayıb.
Oxu24.com
ŞƏRHLƏR