Bir neçə gün bundan əvvəl Bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadənin valideynləri sensasion fikir səsləndirib.
Oxu24.com xəbər verir ki, Bulvarda özünü dənizə atan qızın anası bildirib ki, qızı o oğlanı sevməyib və ona ərə getmək fikri də olmayıb.
Öln tələbə qızın anası bildirib ki, qızının meyiti hələ də tapılmayıb. Bu isə onlarda şübhə yaradıb.
"Mənim qızımı nə edibsə o oğlan edib. İndi də qaçıb gizlənib. Qızım özünü öldürübsə, meyiti hardadır? Bəlkə elə oğlan onu öldürüb harasa atıb. İndi də izi azdırır", deyə ana fəryad edib.
Ana bildirib ki, qızı heç vaxt o oğlanı sevməyib və qarşı tərəf onlara elçi gəlməyib.
Ölən qızın yaxınları iddia edib ki, qızın başına gələn oyundan oğlanın xəbəri var.
Sözügedən videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR