Müğənnilər Xatirə İslamla Xatun Əliyeva dalaşıbmış.
Oxu24.com xəbər verir ki, bu haqda "5/5" verilişində deyilib. Aparıcı Xatuna "Niyə Xatirəyə "ərli bəxtəvər" demisən?" sözlərini söyləyib.
Xatun isə "Hər əri olan bəxtəvər olur? Kiminlə münasibətim pozulursa, birinci şəxsimə toxunur. Həyatda adamın ailəsi, uşağı olmaya bilər. Hərəyə Allah bir tale verib. Kimin nəyisə yoxdursa, onu ordan vurmaq olmaz. Mənim şəxsiyyətimə toxunan söz dedi. Vasif Məhərrəmli də orada idi, şok oldu. Xatirə gedəndə, mən Vasifəd edim dur onun arxasınca get" cavabını verib.
İfaçılar arasında mübahisə aparıcı-prodüser Tarix Əliyevin "Hər şey daxil" verilişinin çəkilişi zamanı baş verib. Bu haqda Tolik açıqlamasında deyib.
Qeyd edək ki, Xatirə bir neçə gün əvvəl "Bəxtəvər deyiləm. O sözü heç sevmirəm. Hər bölgənin özünün inancları var. Mən qarabağlıyam, biz tərəfdə o sözü demək, insana söyüş söymək kimidir. İnsanın üzünə qarşı sənət dostun "Mən sənin kimi ərli bəxtəvər deyiləm" deyirsə, xoşuma gəlmir" sözlərini demişdi.
Oxu24.com
ŞƏRHLƏR