Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur.
Mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır.
Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya ruslar da gəlir, yəhudilər də, azərbaycanlılar da. Məqsəd yaşı 60-dan yuxarı olan təqaüdçülərə kömək etməkdir.
Bu imkansızlar yeməkxanasının könüllüləri deyirlər ki, yeməkxananın zirzəmisinə su çıxır, həm də yerləri dardır. Dövlət qurumlarından bir xahişləri var, onlara yer ayrılsın.
AzadlıqRadiosunun imkansızlar yeməkxanasından reportajını təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR