Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25356
az

Rayonu işdən çıxan icra başçısı idarə edir – İDDİA

19:2227 Fevral, 2020
887
CƏMİYYƏT
  • A

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev 4 ay əvvəl icra başçısı vəzifəsiylə vidalaşsa da, yenə rayonun idarə olunmasında əsas söz sahiblərindən biridir.

Oxu24.com bildirir ki, bu barədə Xaçmazda fəaliyyət göstərən idarə müdirlərindən biri Yenisabah.az saytına məlumat verib. Mənbə deyib ki, Xaçmazın yeni başçısı Elnur Rzayev sələfinin razılığı olmadan heç bir təyinat gerçəkləşdirə bilmir. Bəzi idarə və müəssisə rəhbərlərinin indiki deyil, sabiq icra başçısına hesabat verdiyi bildirilir.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 15 il Xaçmaz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il oktyabr ayının 31-də tutduğu vəzifədən azad edilib. Onu 39 yaşlı Elnur Rzayev əvəzləyib. Maraqlısı isə odur ki, Xanbabayev işdən azad olunduqdan sonra Bakıya qayıtmaq barədə düşünməyib. O, YAP-ın Xaçmaz rayon təşkilatının sükanı arxasına keçərək, rayonun idarə olunmasında mövqeyini qoruya bilib.

Şəmsəddin Xanbabayevin Xaçmazda əsas söz sahibi olduğunu təsdiqləyən digər faktlar da mövcuddur. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət sabiq başçını seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Azər Həsrət deyib ki, Şəmsəddin Xanbabayevin göstərişi ilə büdcə təşkilatlarının əməkdaşları konkret namizədin xeyrinə təbliğat aparıblar.

Qeyd edək ki, 81 yaşlı YAP sədrinin icra başçısı Elnur Rzayevə münasibətdə subordinasiya qaydalarına əməl etməməsiylə bağlı xəbər onun vəzifəsini itirdiyi ilk gündən meydana çıxıb. Xanbabayev icra hakimiyyətinin qonaq evini tərk etmədiyi üçün onun yerinə təyinat alan Elnur Rzayev bir neçə gün rayonun mərkəzində yerləşən “Elit” otelində gecələməli olmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viktor Orban Gürcüstanda səfərdədir
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR
Avropa Parlamentinin bu qərarı ilə bağlı bəyanat yayıldı

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi