Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25167
az

Bakıda  Tibb Universitetinin tələbəsi özünü dənizə atdı: Meyiti tapılmır

14:3525 Fevral, 2020
1158
KRİMİNAL
  • A

Dənizkənarı Milli Park ərazisində dənizə düşən iki nəfərin adları açıqlanıb.

Oxu24.com -un  xəbərinə görə, Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.

Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.

Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Dənizkənarı Milli Park ərazisində dənizdə intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.

“Report”un xəbərinə görə, 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.

Hazırda onun meyiti axtarılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zərdabda iki narkokuryer saxlanıldı
Bakıda kişi qaynını bıçaqladı
Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı

Arktikanın yenidən dondurulması planı hazırlanır

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Zərdabda iki narkokuryer saxlanıldı