Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25156
az

Bakıda polis qardaşın qətli: Sinəsindən bıçaqlanmış Anar qan içində küçəyə qaçıb - FOTO

12:0825 Fevral, 2020
633
  • A

Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən Daxili İşlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Anar Ramazanovun qətlində iştirak etməkdə şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub.

 

İstintaq zamanı məlum olub ki, Anar Nəsimi rayonu 19-cu Polis Bölməsində sürücü işləyib və eyni zamanda, Polis Akademiyasının ikinci kurs tələbəsi olub.

Bildirilir ki, ötən gecə ərazi patrul polisləri onun qan içində küçəyə qaçdığını görüblər. Anar onlara bıçaqla özünü yaraladığını deyib. Lakin Ramazanovun qonşuları polislərə onun kiçik qardaşının bu işdə əli olduğunu bildiriblər.

Araz Ramazanov qardaşını sinəsindən bıçaqlayıb. 18-ci Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsi tutublar.

İlkin dindirmə zamanı həmin şəxs bıçağın əvvəlcə Anarın əlində olduğunu deyib. Onun sözlərinə görə, qardaşının əlindən soyuq silahı necə götürdüyünü və onu yaraladığını xatırlamır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramazanovlar ailəsi “Funda” klinikasının sahibidir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı