Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25154
az

Azərbaycanda qəribə olay: Oğurladığı 2 min manatlıq əşyanı 200 manata satdı

11:4725 Fevral, 2020
386
KRİMİNAL
  • A

Xaçmazda iki evdən oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Xudat şəhəri ərazisində evlərdən iki televizor, xalça, samovar və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan keçmiş məhkum Vasif Mursaibov saxlanılıb.

Saxlanılan şəxs ev sahiblərinə 2 min manatdan çox ziyan vurub. 

Dindirilmə zamanı əməlini etiraf edən Vasif Mursaibov əşyaları dəyərindən xeyli ucuz qiymətə - 250 manata satdığını bildirib: “Gəzdim, baxdım, yaşayış olmayan iki ev idi. Birinci gecə bir evə girdim. Birindən xalça və televizor götürdüm. İkinci evdən də televizor, xalça və radiator apardım. Bunları planlaşdırmışdım. Əşyaları kənar bir yerdə gizlədib sonra 250 manata satıb xərcləmişəm”.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xırdalanda soyğunçuluq edən şəxs tutuldu
Kibercinayətkarlıqla məşğul olan 6 nəfər müəyyən edildi
Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu