Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24917
az

Fəzail Ağamalı: “Kamil Musavi xalqın Qarabağ əlillərinə olan mərhəmətindən sui-istifadə etməyə çalışır”

01:0521 Fevral, 2020
1119
MÜSAHİBƏ
  • A

“Fevralın 6-da Salyanda keçirdiyim görüşdən çıxan zaman Kamil Musavi və Aytən Qurbanova daxil olmaqla 25-30 nəfər gözləyirdilər. Kamil Musavi ilə normal görüşdüm, dedim, belə şeylərə nə ehtiyac var ki? Dedi ki, sizin tərəfdarlarınız mənim tərəfdarımı döyüblər. Dedim, bu fakt mənə bəlli deyil, belə fakt varsa, hüquq mühafizə orqanlarına müraciət edin. Kamil dedi, yox, özü araşdıracaq. Sonra da söyüş söydü, dedi, ən böyük lotu mənəm. Heç yanındakı xanıma da hörmət etmədi. Xanm da ona irad tutmadı. Nəşələnmiş, sərxoş vəziyyətdə olanlar, özlərini idarə edə bilməyənlər səs-küy yaratdılar. Bu, təxribat idi. Onlar elə güman edirdilər ki, mən də emosiya nümayiş etdirəcəm. Təbii ki, mən buna yol verə bilməzdim. Sakit şəkildə oranı tərk etdim. Mənim seçilməyimə etiraz etdirsinizsə, daha avtomobilimi niyə əzirsiniz? Bu nə vəhşilikdir? Bu, dəyərlərə olan hücumdur, qanunlara hörmətsizlikdir, Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı demokratik dəyərlərə zərbədir”.

 

 

 

Oxu24.com-un xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Fəzail Ağamalı “musavat.com” saytının “Canlı debat” proqramında deyib.

 

 

 

“Bu cür addımlar tək mənə qarşı olmayıb. Hesab edirəm ki, bu seçkilərdə anti-Azərbaycan, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursuna mane olan qüvvələr var idi. Seçkiboyu da onlardan istifadə edilirdi. Məqsəd seçkiləri pozmaq idi. Kamil Musavi ilə hər hansı şəxsi problemim yoxdur. O, hər halda döyüşdə olmasa da, əməliyyatlardan birinin hazırlanması zamanı öz səhvi ucbatından minaya düşərək özü  ilə bərabər iki nəfəri də əlil edən şəxsdir. Bunun ayağını evində balta kəsməyib, hadisə ön cəbhədə baş verib. Kamil Musavi hər bir azərbaycanlı tərəfindən mərhəmət və hörmətlə qarşılanır. Təəssüf edirəm ki, Kamil Musavi Azərbaycan xalqının Qarabağ əlillərinə olan mərhəmətindən və hörmətindən sui-istifadə etməyə çalışır. Kamil Musaviyə qarşı aqressiyam yoxdur. O, sadəcə, oyuna atılan insandır. Onun yanında dayananlar kimlər idi? Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələri... Kamil Musavinin ətrafında radikal müxalifətin 30-40 nümayəndəsi, aldadılmış gənclər və  mərhəmətli, proseslərdən kifayət qədər təsəvvürü olmayanlar olub...” – F.Ağamalı qeyd edib. (pravda.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü