Bir qrup şəxsin qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir.
Demokrat.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisun deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanda azad, ədalətli və demokratik parlament seçkiləri keçirilib: “Seçkilərin nəticəsində uduzanlar, xalqın səsini qazana bilməyənlər, təbii ki, müxtəlif bəyanatlar verir. Hətta qohum-əqrabası ona səs verməyənlər, üç adamı ətrafında birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir. Onlar başda Əli Kərimli olmaqla xarici qüvvələrə işləyirlər. Həmin şəxslər əvvəldən buna çalışırdılar. Namizədliklərini irəli sürdülər ki, müxtəlif bəhanələr gətirsinlər, desinlər ki, guya bunları qeydə almayıblar və s.”.
S.Novruzov vurğulayıb ki, Azərbaycanda indiyə qədər budəfəki seçkilərdə olduğu qədər namizəd qeydə alınmamışdı:
“Hamı üçün bərabər şərait yaradılmışdı. Əgər kimsə təbliğat-təşviqat kampaniyası apara bilmirsə, üç adamı ətrafına yığa bilmirsə, insanlar arasında bir söz deyə bilmirsə, MSK-nın qarşısında nə işi var? MSK rəsmi nəticələri bəyan edib. Sən get əvvəlcə uduzduğun dairədə araşdır və camaat da sənə desin ki, biz səni seçməmişik. Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”.
Oxu24.com
ŞƏRHLƏR