Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24588
az

Hadı Rəcəbli, Rauf Arifoğlu, Çingiz Qənizadə üçün PİS XƏBƏR!

12:5315 Fevral, 2020
843
SİYASƏT
  • A

"Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır".

Oxu24.com   xəbər  verir   ki, Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz:

“Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.

Digər dairələrdə də ləğv olunmaların baş verə biləcəyini deyən Məhərrəm Zülfüqarlı  bildirib ki, nəticəsi ləğv olunan 4 dairədən başqa, daha 18 dairədən şikayətlər araşdırılır:

“Seçki şikayətləri 3 gün müddətində verilməlidir. Biz hətta seçki öncəsi də bunu bildirmişdik. Tövsiyyə etmişdik ki, bu 3 gün dəyişdirilsin. Amma qanun hələ qüvvədədir və heç bir dəyişiklik yoxdur. Ona görə də, bu 3 gün ərzində, yəni fevralın 9-dan 3 gün ərzində kimlər şikayət edibsə, onlara baxılacaq. Ondan sonra verilən şikayətlərə  baxılmayacaq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Antiqua və Barbudada görüşlər keçirib
Hərbi Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi - FOTOLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı