Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24488
az

Seçkidə saxtakarlıq edənləri hansı cəza gözləyir? - Həbs oluna bilərlər

17:4513 Fevral, 2020
1891
ŞİKAYƏTLƏR
  • A

Ölkəmizdə bir neçə gün bundan əvvəl Milli Məclisə seçkilər keçirildi.Seçkilər  bir  sıra  beynəlxalq  və  yerli  müşahidəçilərin  nəzarəti  altında,tam şəffaf  bir  şəraitdə  keçirildi. Beynəlxalq  müşahidəçilər  yekun  açıqlamalrında  hər  hansı  bir  ciddi  qayda  pozuntusu  ilə  rastlaşmadıqlarını  açıqladılar. Mərkəzi Seçki Komissiyası  rəsmən  seçkinin  baş  tutduğunu  bəyan  etdi.

Bir çox  məntəqələrdə  seçkilər  şəffaf, demokratik  qaydada  keçirilsə  də,  bəzi  məntəqələrdə xoşagəlməz  hallar  yaşanıb. Sosial şəbəkələrdə seçkilərə aid bir çox qanun pozuntuları olan görüntülər paylaşılır. Qeyd olunan  görüntülərlə  bağlı  Mərkəzi  Seçki  Komissiyasının  sədri  Məzahir  Pənahov  araşdırma  aparıldığını  və   yekun  qərarın  açıqlanacağını  qeyd  edib. 
Prezident  cənab İlham  Əliyev  Kürdəmir  rayonunda  rəsmi səfərdə  olarkən  seçki  proseslərindən  danışıb. Ölkə rəhbəri  "Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır", açıqlamasını  verib.

Elə  bu dəqiqələrdə MSK-da iclas keçirilir. İclasın nəticəsində  saxtakarlığa  yol  vermiş  bir  sıra  seçki  dairələrinin  nəticələri  ləğv  edilib.

 

Oxu24.com    məsələnin  aktuallığını nəzərə  alıb seçki prosesi  zamanı  qayda  pozuntuusna  yol  verən  şəxsləri  hansı  cəza  gözləyir  mövzusunda araşdırma  aparıb. Mövzu  ilə  bağlı  suallarımızı  cavablandıran  hüquqşünas  Yalçın  Hacızadə  bildirib  ki, Seçki qanunvericiliyinin pozulmasına görə cəzalar həm İnzibati Xətalar Məcəlləsində həm də Cinayət Məcəlləsində öz əksini tapıb.

 

Bilmək istərdim bu məlumatlar həqiqi olduğu halda seçki qanununu pozan, saxtakarlıq edən şəxslərə hansı cəzalar verilə bilər? 

-Əlbəttə, bu məlumatların ilk öncə araşdırılması və sübut olunması lazımdır ki, təqsirkarların əməllərinə hüquqi qiymət verilsin.
Bildiyimiz kimi seçki hüququ konstitusion hüquqdur və demokratiyanın başlıca, fundamental prinsiplərindən biridir. Konstitusiyamızın 1-ci maddəsinə görə  Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Seçki vətəndaşların iradəsinin ifadəsi formasıdır. Ona görə də vətəndaşlar konstitusiya ilə onlara verilmiş dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnu bilavasitə ümumxalq səsverməsi və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirirlər.

Seçki qanunvericiliyin pozulması seçki kampaniyası müddətində baş verməlidir. Seçki kampaniyası seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanlarının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərcinə qədər olan zaman başa düşülür. Seçki qanunvericiliyin pozulması mütləq həmin müddət aralığında törədilməlidir.
 

Seçki qanunvericiliyinin pozulmasına görə cəzalar həm İnzibati Xətalar Məcəlləsində həm də Cinayət Məcəlləsində öz əksini tapıb. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara (hüquq pozuntusuna) görə adətən pul cəzaları nəzərdə tutulur. Amma Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş seçki cinyatləri törədən şəxslərə qarşı azadlıqdan məhrum etmə cəzaları da təyin oluna bilər. Seçki cinayətləri çox şaxəlidir. Təqsirləndirilən şəxslər həm öz qulluq mövqeyindən istifadə edən vəzifəli şəxslər ola bilər həm də əməli törətdiyi zaman 16 yaşına çatmış, anlıqlı fiziki şəxslər. Bu tərkib cinayətlər qəsdən törədilmiş cinayətlər hesab edilir.

Bu cinayətin obyekti Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunuş seçki hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdi. Həmin əməllə vətəndaşın seçki hüquqlarının həyata  keçirilməsinə mane olunur. Bu - vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma, namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə, seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması kimi əməllərdə ifadə olunur. Belə əməllər insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər hesab olunur və təqsirkar şəxslərə törədilən əməlin nəticəsindən aslı olaraq müəyyən miqdarda cərimə, ictimai işlər və azadlıdan məhrum etmə cəzaları verilə bilər.

 

Nuran Seyidli

Oxu24.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı