Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2424
az

"Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ" - Artur Rasizadə

10:2231 May, 2018
1100
SİYASƏT
  • A
 "İşdən çıxmağımla bağlı heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən, istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib.

Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir, qocalmısan, ürək deyir, yaşa hələ!”

Oxu24.com-un  xəbərinə görə, bunu “Yeni Müsavat”a müsahibəsində sabiq baş nazir Artur Rasi-zadə deyib.

A.Rasi-zadə bildirib ki, idmanla məşğul olur, əsasən, piyada gəzməyi xoşlayır.

“Bir az vaxt keçəndən sonra, görək, nə ilə məşğul olacağıq. Fikirlər qalır. Necə deyərlər, beyin işləyir. Neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. “Xalq düşməni” damğası və sairə”.

Sabiq baş nazir qeyd edib ki, onu narahat edən əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir.

“Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

Ümumilikdə, bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU