Qoç - Enerjili, aktiv, qətiyyətli olun. Çalışın, zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədə izafi səylər göstərmədən çata bilərsiniz. Uzunmüddətli planların hazırlanmasında problemlər olmayacaq. Rəqabət mübarizəsində təmkinli, amma iradəli olun. Bədxahları üstələyin.
Buğa - Maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var. Yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin.
Əkizlər - Müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar. Müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın.
Xərçəng - Sövdələşmək, əməkdaşlıqla bağlı sənəd imzalamaq olar. Günün ikinci yarısında başqasının mövqeyini dinləməmək cəhdi problem yarada bilər. Liberal olun. Tənqidə sərt reaksiya verməyin. Dözümlü davranın.
Şir - Başladığınız işlərdə mükəmməlliyə can atın. Yalnız zahiri gözəlliyə inanmayın. Qarşılaşacağınız insanların fərdi məziyyətlərinə fikir verin. Təmasda olduğunuz şəxsləri dəyərləndirəndə hisslərə qapılmayın. Yanlış təəssüratın əsirinə çevrilməyin ki, şəxsi münasibətlərdə mənfi təmayüllər formalaşmasın.
Qız - Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. Günün ikinci yarısında birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq.
Tərəzi - İstənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız. Özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın.
Əqrəb - İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin. Ekstravaqant təsir bağışlamağa can atmayın. Günün ikinci yarısında hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var.
Oxatan - Ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Cari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin.
Oğlaq - Uzaq səfər və ya trivial gəzinti üçün sərfəli zamandır. Uzaqdan gələn insanla qarşılaşa bilərsiniz. Hədiyyə, yaxınlarda sürpriz istisna deyil. Ailə üzvlərinizi sevindirmək şansını əldən verməyin.
Dolça - Bir qədər ehtiyatlı və sayıq olun. Özünüzə həddən ziyadə güvənməyiniz nəticəsində müttəfiqlərlə rəqibləri yanlış dəyərləndirərək sonradan peşmanlıq hissi yaradacaq səhvlər edə bilərsiniz. Önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil.
Balıqlar - Gün uğurlu olacaq. Nailiyyətlərinizə paxıllıq edirlər. Maliyyə məsələlərində irəliləyəcəksiniz. Sərfəli anlaşmalara nail olacaqsınız. Alış-verişdə simiclik etməyin. Yeni tanışlıqlar olacaq. Fəqət, münasibətlər istədiyiniz kimi dinamik və sadə deyil.
ŞƏRHLƏR