Jurnalist İlkin Vaqifoğlunun evindən oğurluq edilib və aparılan əşyaların yerinə ölü xoruz və ölü toyuq qoyulub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı gecə saatlarında Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin anbarında baş verib.
İ.Vaqifoğlu açıqlamasında bildirib ki, oğurluq edən şəxs və ya şəxslər anbardan 5 min manatlıq ev əşyaları aparıblar:
"Polis bizə dedi ki, oğurlanan əşyaların siyahısı və qiymətlərini yazıb verək. Bunu araşdıranda anbarın ən dib hissəsində yerləşən şkafın ən aşağı gözündən boğularaq öldürülmüş və dəsmalla bir-birinə bağlanmış xoruz və toyuq tapdıq. Onların başı kəsilməmişdi və heyvanlar bizim deyildi, kimsə onları kənardan gətirmişdi. Səhəri gün isə həyətimizdəki toyuğun başını kəsib darvazanın yanına atmışdılar. Hər iki halla bağlı polisə məlumat vermişik, cinayət işi açılıb. Lakin bu məsələ artıq oğurluqdan fərqli bir hadisədir. Bunu edən şəxslər mənə və ailəmə hədə-qorxu gəlirlər. Şübhələndiyimiz kimsə yoxdur. Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün və ciddi araşdırılsın. Çünki artıq məsələ mənim və ailəmin həyatı ilə bağlıdır".
ŞƏRHLƏR