Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Sosial şəbəkə istifadəçiləri xalq artisti Afaq Bəşirqızını və fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovu deputat kimi görmək istədikləri ilə bağlı postlar paylaşırlar.
Bununla bağlı Sonxeber.az-a danışan Rəşid Mahmudov 82 yaşı olduğunu bildirib:
"Mən heç vaxt vəzifə dalınca qaçmamışam. Heç vaxt da seçkilərə getmərəm. Problemləri demək üçün deputat olmağa gərək yoxdur. Yenə də problemlərdən danışmağa davam edəcəm. Mən vətəndaş, azərbaycanlıyam. Azərbaycanda yaşayıram. Mən dövlətimiz çox sevirəm. Kimin səhvi varsa üzünə deyirəm, deyəcəm də.
ŞƏRHLƏR