Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20693
az

"Kapital Bank" sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlərini istifadəyə verib

14:4413 Dekabr, 2019
693
İQTİSADİYYAT
  • A

“Kapital Bank” ASC Azərbaycanda kiçik və orta sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edib.

 

Bankdan  verilən məlumata görə, ölkədə ilk dəfə olaraq, “Kapital Bank” öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin notariat kontorlarına getmədən, yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.

Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi “Kapital Bank”ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir.

Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS-terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Bu xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
Valyuta hərracında tələb 45 milyon dollara yaxınlaşıb
Pensiyalar nə qədər artıb?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi